https://news.day.az/azerinews/744913.html Zaqatalada qadını dərman zəhərlədi

Zaqatalada qadını dərman zəhərlədi

Azərbaycanca, 2 февраля 2016 07:25 (UTC +04:00) 1 114
Zaqatalada qadını dərman zəhərlədi

Day.Az представляет новость на азербайджанском языке

Zaqatalada bir uşaq anası dərmandan zəhərlənib.
Day.Az APA-ya istinadən bildirir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, fevralın 2-i axşam saat 21 radələrində rayonun Kəpənəkçi kənd sakini,  1983-cü il təvəllüdlü Aysel Taleh qızı Mehdiyeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, bir uşaq anası olan 33 yaşlı Aysel Mehdiyeva yaşadığı ünvanda bədənində baş verən ağrıları kəsmək üçün müxtəlif adda bir neçə dərman qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Aysel Mehdiyevaya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости