https://news.day.az/azerinews/745942.html Bu avtobusun hərəkət istiqaməti dəyişdi - FOTO

Bu avtobusun hərəkət istiqaməti dəyişdi - FOTO

Azərbaycanca, 5 февраля 2016 11:26 (UTC +04:00) 1 704
Bu avtobusun hərəkət istiqaməti dəyişdi

Day.Az представляет новость на азербайджанском языке.

Fevralın 4-ü axşam saatlarından etibarən Bakının müəyyən küçələrində avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-sı səhər saatlarınadək davam edəcək.

Day.Az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu səbəblə 5 saylı marşrut xəttimizin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub: "5 saylı marşrut avtobuslarımız 20-ci Sahədən "Azneft" meydanına qədər, əks istiqamətdə isə metronun "Nərimanov" stansiyasının önündən "Sahil" stansiyasının önünə qədər hərəkət edəcəklər. Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

  • Bu avtobusun hərəkət istiqaməti dəyişdi
  • Bu avtobusun hərəkət istiqaməti dəyişdi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости