Bu avtobusların hərəkət xətti dəyişdi

Day.Az представляет новость на азербайджанском языке

"BakuBus" MMC-dən Milli.Az-a bildiriblər ki, paytaxtın 7-ci mikrorayon ərazisində yaşayan sakinlərdən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq 3 saylı marşrut avtobuslarının hərəkət xəttində dəyişiklik edilib.

Belə ki, "BakuBus" MMC-yə məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların son dayanacağı metronun "Azadlıq prospekti" stansiyasının önü yox, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə metronun "Dərnəgül" stansiyasının önü olacaq.

Qeyd edək ki, 3 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirildiyindən avtobuslar artıq Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək.

Qeyd edilən dəyişiklik martın 25-dən etibarən icra olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.