"BakuBus" hərbçilərə belə JEST etdi

Day.Az представляет новость на азербайджанском языке

----------
10:49

Bununla bağlı məsələyə aydınlıq gətirən "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Milli.Az-ın sorğusuna cavab olaraq bildirib ki, baxmayaraq ki, qanunvericilikdə ictimai nəqliyyatdan yalnız müddətli həqiqi hərbi xidmət qulluqçularının pulsuz istifadə edə bilməsinin qeyd olunmasına baxmayaraq, onlar bunu şirkət olaraq bütün hərbçilərə aid edirlər:
"Qanuna görə, yalnız əsgərlər ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər. Amma biz hərbi forma geymiş şəxsin əsgər və ya zabit olmasına fərq qoymuruq. Əgər o insan hərbi forma geyinibsə, sürücü ondan gediş haqqı tələb etməyəcək. Əgər həmin şəxs hərbi formada deyil, mülki geyimdədirsə, o zaman xidməti vəsiqəsini sürücüyə göstərməlidir. Bu qayda eynilə polis əməkdaşları üçün də keçərlidir".

----------
10:14

Bu gündən etibarən hərbçilər "BakuBus"a məxsus avtobuslardan pulsuz istifadə edəcəklər.

Day.Az avtosfer.az-a istinadən bildiir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, "Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər. "BakuBus" olaraq bu hüququnuzu tanımayan sürücülərlə bağlı *4242 Çağrı Mərkəzimizə məlumat verməyinizi xahiş edirik", - deyə məlumatda bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.