114 yaşlı Can ərə getdi - Çində - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Çində maraqlı toy mərasimi baş tutub. ATV.az Çin saytlarına istinadən xəbər verir ki, bu ölkənin Kaşkar dairəsində bir toy mərasimi bütün Çin KİV-in diqqətini cəlb edib. 114 yaşlı Can adlı qadın 71 yaşlı Cenə ərə gedib. Maraqlıdır ki, özündən 43 yaş kiçik olan bəyə "hə" demək üçün Can bir ildən artıq fikirləşib və demək olar ki, adını tam doğruldaraq, bəyin "canını alıb".
Cen sevgilisinin könlünü aldığı üçün çox xoşbəxt olduğunu və onun gözəl xorək bişirmək qabiliyyətindən danışıb. Bəy açıqlamasında xanımın ona dəfələrlə "yox" dediyini və dalınca "süründürdüyünü" də etiraf edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре