Buraka təklif - "Toyunuzu Dubayda edin, xərclərinizi qarşılayaq"

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin məşhur aktyoru, hazırda "Kara sevda" serialına çəkilən Burak Özçivit Dubayda təşkil olunan tədbirlərin birinə dəvət alıb.

Milli.Az "gecce magazin"ə istinadla bildirir ki, aktyor Dubaya yollanıb. O, Dubayda çəkdiyi şəkilləri sosial şəbəkədə yayıb. 

Dubaydan Buraka sürpriz təklif irəli sürülüb. Təklifdə onun nişanlısı Fahriye Evcenlə toyunu Dubayda etməsi, xərclərin qarşılanacağı qeyd edilib. Burak təklif barədə düşünəcəyini söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.