Fanatları Burakla Fahriyenin maşına minməyinə imkan vermədilər

Day.Az представляет новость на азербайджанском языке

"Kara Sevda" serialının qəhrəmanı Burak Özçivit nişanlısı, "Ölene Kadar" serialının ulduzu Fahriye Evcen ilə ötən gün İstanbulun Bebek səmtində görüntülənib.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Acunun rəhbərlik etdiyi TV8 kanalında yayımlanan "Aramızda Kalmasın" verilişinin kameralarına düşən ikili səmimi və mehriban halları ilə diqqət çəkib.

Burak Özçivit nişanlısının çəkildiyi serialı və filmləri maraqla izlədiyini və bəyəndiyini söyləyib. 

Fahriye Evcen isə "Koton" firmasının reklam çəkilişləri zamanı fotoşopdan istifadə edilməsindən danışıb. O bildirib ki, şəkillərində fotoşopdan istifadə olunub. Aktrisa fotoşopdan reklam çəkilişləri zamanı bütün dünyada istifadə olunduğunu söyləyib.

Burak Özçivit serialların çəkilişləri dayanan kimi, çox güman iyun ayında toy edəcəklərini deyib. Onlar dəqiq tarix verməyiblər.

Birlikdə səhər yeməyi yeyən ikili ərəb fanatlarının diqqətlərini cəlb ediblər. Cütlüyün başına toplaşanlar onlarla şəkillər çəkdiriblər.

Fanatları onların maşınlarına minərək məkandan uzaqlaşmalarına mane olublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Fanatları Burakla Fahriyeni maşına minməyə imkan vermədilər