https://news.day.az/azerinews/892171.html Ermənistanın növbəti təxribatının qarşısı alındı - FOTO

Ermənistanın növbəti təxribatının qarşısı alındı - FOTO

Azərbaycanca, 1 мая 2017 16:23 (UTC +04:00) 1 037
Ermənistanın növbəti təxribatının qarşısı alındı

Day.Az представляет новость на азербайджанском языке

Mayın 5-15-də İspaniyada keçiriləcək Costa Blanca Fashion Week-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb.

Day.Az Milli.Az-a istinadən bildirir ki, bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi yenə də təxribatçı məqsədlərlə bu tədbirdə qondarma rejimin təmsilçisinin iştirakına cəhd edib: "Məsələ ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına, o cümlədən tədbirin təşkilatçılarına müraciətlər edib və Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün digər zəruri tədbirlər görüb. Benidorm şəhər icra hakimiyyətindən Səfirliyimizə bildirilib ki, sözügedən tədbirdə qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Ermənistanın növbəti təxribatının qarşısı alındı
  • Ermənistanın növbəti təxribatının qarşısı alındı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости