Arvadını və baldızını öldürən musiqiçinin dili tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Həyat yoldaşı və baldızını öldürdükdən sonra intihara cəhd edən Türkiyənin tanınmış musiqiçisi Emre Güvener həbs olunub.

Milli.Az Sabah-a istinadla bildirir ki, cinayət hadisəsi sentyabr ayının 14-də axşam saatlarında İstanbulun Kağıthane səmtində baş verib.

Serial və bəzi filmlər üçün mahnı bəstələyən, "Sor Bana" adlı albom çıxaran musiqiçi yanvar ayında ailə qurub, 6 aydır ayrı yaşadığı həyat yoldaşının evinə gedib. Evdə qadının bacısı da olub. Onlar arasında mübahisə yaranıb. Mübahisə əsnasında Emre belindəki silahı çıxararaq xanımı Zerrin Demir Güveneri və baldızı Betül Demiri başından tək güllə ilə öldürüb. Musiqiçi daha sonra intihara cəhd edib. Xəstəxanaya çatdırılan Emre müalicə olunub.

Ötən gün özünə gələn musiqiçi artıq danışa bilmir. O, cinayətə görə birbaşa həbsxanaya göndərilib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.