Tanınmış aparıcı: "Mənə əxlaqsızlıq təklif etdi, "cəhənnəm ol" dedim" - FOTO

13 октября 2017 11:24

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən məşhur və nüfuzlu kinoprodüseri sayılan amerikalı Harvi Vaynşteynlə bağlı yaranan qalmaqal getdikcə böyüyür.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, "Kill Bill", "Sex, Lies, and Videotape", "Pulp Fiction", "Good Will Hunting", "Life Is Beautiful", "Shakespeare in Love" və "The Lord of the Rings" və bu kimi onlarla filmin icraçı prodüseri olmuş, "Oskar" və BAFTA mükafatlarını almış H.Vaynşteynin əxlaqsızlıq təklif etdiyi qadınlardan daha birinin kimliyi bilinib. Bu barədə tanınmış aparıcı Myleene Klassın yaxın rəfiqəsi məlumat verib.

O bildirib ki, 32 yaşı olanda Harvi 2010-cu ildə təşkil olunan Kann festivalı zaman nahar yeməyində Maylinə əxlaqsızlıq təklif edib. Maylin isə onun təklifini rədd edib.

"Mənə əxlaqsızlıq təklif etdi, "cəhənnəm ol" dedim".

Qeyd edək ki, 65 yaşlı H.Vaynşteyn 30 aktrisa və modelə təcavüzdə suçlanır.

H.Vaynşteynin əxlaqsız hərəkətlər və təkliflər etdiyi, sataşdığı, təcavüzə çalışdığı məşhurlar arasında Qvinet Peltrou və Ancelina Coli ilə yanaşı Luisett Qeys, Cudit Qudreç, Daun Danninq, Tomi-Enn Roberts, Eyşa Arqento, Ketrin Kendall, Lüsia Evans, Mira Sorvino, Rosanna Arquett, Rous MakQoven, Eşli Cadd, Emma De Koen, Zelda Perkins, Loren O-Konnor, Embra Battilana, Cessika Bart, Lora Madden, Emili Nestor, Elizabet Karlsen, Layza Kempbell, Loren Siven, Cessika Şayens, Romola Qaray, habelə adları açıqlanmayan daha 7 qadın var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!