https://news.day.az/azerinews/940907.html Samira: "Şou-proqramlara məcbur gedirəm"

Samira: "Şou-proqramlara məcbur gedirəm"

Azərbaycanca, 13 октября 2017 14:18 (UTC +04:00) 591
Samira: "Şou-proqramlara məcbur gedirəm"

Day.Az представляет новость на азербайджанском языке

Hansısa şou, patar və hərəkətləri ilə özlərini gündəmdə saxlayırlar. Fikir verirəm ki, sənət sıfır dərəcəsinə gəlib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Samira Allahverdi "ATV maqazin onlarla" verilişində deyib.

Sənətçi müğənnilərin özlərini sənətlə yox, geyimlə reklam eləməsini qınayıb:

"Mən insanlığa, sənətə dəyər verənəm. İndi başqa şeylə gündəmə gəlirlər. Sponsorlar da yoxdur. Əgər mən konsert versəm, ancaq oxuyacam, səsimi göstərəcəm. Şou mənlik deyil. Klublarda konsert vermişəm, dayanmadan oxumuşam".

Samira bildirib ki, məcbur şou-proqramlara gedir:

"Məndən olsa oxumaram. Amma məcburam. Qazandığım pul isə məni qane etmir. Bu, naşükürlük kimi səslənməsin. Eləsə də, eləməsə də budur. Bundan o tərəfə keçə bilmirəmsə, gileylənməyə ixtiyarım yoxdur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости