https://news.day.az/azerinews/941015.html Səfirdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA - FOTO Day.Az представляет новость на азербайджанском языке Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il oktyabrın 30-da Azərbaycana səfər edəcək. Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfirdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA - FOTO

Azərbaycanca, 13 октября 2017 18:12 (UTC +04:00) 547
Səfirdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il oktyabrın 30-da Azərbaycana səfər edəcək.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, R.T.Ərdoğan Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edəcək.

Diplomatın sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu sadəcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, eyni zamanda bütün Avrasiya üçün önəmlidir: "Bu dəmir yolunun əhəmiyyəti ondan ibarətdir ki, Çin və Avropa məhz Bakı-Tbilisi-Qars vasitəsilə birləşəcək".

E.Özoral vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkələrimiz arasında olan mədəni və iqtisadi ələqələri daha da dərinləşdirəcək.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasiminin oktyabrın 30-da Bakıda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu ilə sərnişin daşımalarına 2018-ci ildən başlanacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Səfirdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA
  • Səfirdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA
  • Səfirdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA
  • Səfirdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA
  • Səfirdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA
  • Səfirdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости