İstanbulda naməlum şəxs məktəblilərə atəş açdı - Yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib.

Day.Az Trend-ə istinadən bildirir ki,  naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. İnsident nəticəsində 3 uşaq yaralanıb.

Hadisə yerinə polis və tibbi briqada cəlb olunub.

 

Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək istəyib.

Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.