Ronaldu yuxu məşqçisi tutdu

13 октября 2017 19:08

Day.Az представляет новость на азербайджанском языке

Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldunun komanda yoldaşlarından daha çox məşq etdiyi, özünü fiziki və texniki baxımdan inkişaf etdirmək üçün çox çalışdığını hamı bilir. Ancaq onun xüsusi yuxu məşqçisi olduğunu və xüsusi rejimlə yatdığını bilən çox az adam var.

Day.Az goal.az-a istinadən xəbər verir ki, Nik Littehals yuxu məşqçisidir və Ronaldunun xüsusi məşqçilərindən biridir. Uzun müddətdir ki, Ronaldunun yuxu rejimini o planlayır.

Bu rejimə əsasən, Ronaldu gün ərzində 7,5 saat yatır. Ancaq bir dəfədə yox, hər dəfəsində 90 dəqiqə olmaqla 5 dəfəyə.

Littehals Ronaldunun meydandakı performansını necə yüksəltdiyini belə izah edir:

- 8 saat davamlı yuxu sağlam üsul deyil. Xüsusilə də saat 13:00-15:00 arası yatmaq məhsuldarlığı azaldır. Ronaldu gündə 5 dəfə yatır və hər dəfə yatmazdan əvvəl mələfələr dəyişdirilir.

 

- Ana bətnindəki uşaq pozisyasında, yan və dizləri qarnına tərəf bükülmüş formada yatır.

- Yatmadan 90 dəqiqə əvvəl ekran qadağası başlayır. Cib telefonu, komputer istifadə etmir, televiziya seyr etmir. Bir çox elm adamı mavi şüaların yuxu hormonu Melatonini zədələdiyi və yuxu qaçırdığını təsdiqləyir.

- Düşərgədə olanlar bilir. İnsan nazik örtük üzərində yatanda daha sağlam oyanır. Ronaldu da çox incə döşək üzərində yatır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!