https://news.day.az/azerinews/942204.html Bakıda tanınmış həkimin evini yaran şəxslər həbs edilib Day.Az представляет новость на азербайджанском языке Tanınmış uroloq-alim, professor Kamal Abdullayevə qarşı quldurluq edən dəstə üzvləri saxlanılıb. Day.Az-ın APA-ya istinadən məlumatına görə, 4 nəfərdən ibarət dəstə üzvləri haqqında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bakıda tanınmış həkimin evini yaran şəxslər həbs edilib

Azərbaycanca, 17 октября 2017 21:01 (UTC +04:00) 601
Bakıda tanınmış həkimin evini yaran şəxslər həbs edilib

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış uroloq-alim, professor Kamal Abdullayevə qarşı quldurluq edən dəstə üzvləri saxlanılıb.

Day.Az-ın APA-ya istinadən məlumatına görə, 4 nəfərdən ibarət dəstə üzvləri haqqında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bildirilib ki, adları hələlik açıqlanmayan dəstə üzvləri həkimin evindən xeyli miqdarda pul və 20 min dollarlıq saatını oğurlayıblar.

Hazırda cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə bu il iyulun 29-da axşam saatlarında, K. Abdullayevin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evdə baş verib.

Dörd naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayaraq işgəncəyə məruz qoyublar. İlkin məlumata görə, həmin şəxslər evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости