https://news.day.az/azerinews/942207.html Avtobus sürücüləri "Giriş qadağandır" nişanına niyə məhəl qoymur? - VİDEO Day.Az представляет новость на азербайджанском языке "Giriş qadağandır" nişanı olsa da, sərnişin avtobuslarının sürücüləri buna məhəl qoymur. Day.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtın Səbail rayonu, Yeni Salyan şossesinin Bibiheybət mescidi yaxınlığından keçən hissəsindən gedir.

Avtobus sürücüləri "Giriş qadağandır" nişanına niyə məhəl qoymur? - VİDEO

Azərbaycanca, 17 октября 2017 21:26 (UTC +04:00) 1 088
Avtobus sürücüləri "Giriş qadağandır" nişanına niyə məhəl qoymur?

Day.Az представляет новость на азербайджанском языке

"Giriş qadağandır" nişanı olsa da, sərnişin avtobuslarının sürücüləri buna məhəl qoymur.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtın Səbail rayonu, Yeni Salyan şossesinin Bibiheybət mescidi yaxınlığından keçən hissəsindən gedir. Şossenin Xanlarov küçəsi ilə kəsişməsində avtomobillərin girişini qadağan edən nişan quraşdırılıb. Ancaq bu nişanın tələbləri bəzi hallarda avtobus sürücüləri tərəfindən pozulur.
Qaydaları niyə pozduqlarını soruşanda isə sürücülər bildirdilər ki, onları buna sərnişinlər vadar edir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə bildirdi ki, avtobusların Yeni Salyan şössesindən birbaşa Xanlar küçəsinə dönməsi qadağandır. Sözügedən ərazidə radar quraşdırılıb. Radarlar mütəmadi olaraq həmin yolda qayda pozanları qeydə alır. Buna görə də sürücülər sərnişinlərin yersiz istəyinə yox, qanunun tələblərinə riayət etsin ki, onlara heç bir cərimə yazılmasın.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости