https://news.day.az/azerinews/943200.html Üzərində Ermənistan bayrağı olduğu deyilən avtomobilin sahibi: "Biz elə adamlar deyilik" - FOTO

Üzərində Ermənistan bayrağı olduğu deyilən avtomobilin sahibi: "Biz elə adamlar deyilik" - FOTO

Azərbaycanca, 20 октября 2017 19:11 (UTC +04:00) 4 755
Üzərində Ermənistan bayrağı olduğu deyilən avtomobilin sahibi: "Biz elə adamlar deyilik"

Day.Az представляет новость на азербайджанском языке

Bakıda üzərində Ermənistan bayrağının rəngləri olduğu deyilən avtomobilin sahibi Şahin Xanəliyev məsələyə aydınlıq gətirib.

Day.Az bildirir ki, Ş.Xanəliyev Trend-ə açıqlamasında bildirib:

"Mən özüm Çexiyada yaşayıram. Bu gün Azərbaycana gəlmişəm və avtomobili məhz bu gün idarə etmişəm. Ancaq o avtomobili təqribən 5 il əvvəl Bakıda avtosalonlardan birindən almışam. Avtomobili aldığım zaman üzərində həmin işarə olub. Bu, Ermənistanın bayrağı deyil. Necə ola bilər ki, avtomobilin üzərində Ermənistanın bayrağı olsun, mən də ona göz yumum?! Ola bilər rənglər hansısa formada uyğun gəlsin, ancaq Ermənistanın bayrağı deyil".

 

Ş.Xanəliyev artıq həmin rəngi pozdurduğunu deyib: "Artıq emblemin üzərindəki narıncı rəngi pozdurmuşam. Əgər bu rənglər söz-söhbətə səbəb olursa, sözsüz ki, o emblemi tamamilə ləğv edəcəyəm. Biz elə adamlar deyilik, həmişə xaricdə Azərbaycan bayrağını uca tutmuşuq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Üzərində Ermənistan bayrağı olduğu deyilən avtomobilin sahibi: "Biz elə adamlar deyilik"
  • Üzərində Ermənistan bayrağı olduğu deyilən avtomobilin sahibi: "Biz elə adamlar deyilik"
  • Üzərində Ermənistan bayrağı olduğu deyilən avtomobilin sahibi: "Biz elə adamlar deyilik"
  • Üzərində Ermənistan bayrağı olduğu deyilən avtomobilin sahibi: "Biz elə adamlar deyilik"
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости