Kirayənişin ev sahibindən 40 min dollarlıq qisas aldı
Day.Az представляет новость на азербайджанском языке
Amerikalı Aleks Ayelo Viskonski ştatında yerləşən Kenoşa şəhərində yaşadığı evi yararsız vəziyyətə salıb.
Day.Az musavat.com-a istinadən bildirir ki, evin gerçək sahibi hesab edir ki, o, bu yolla evdən çıxarılmasının intiqamını alıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, evdəki kanalizasiya boruları sementlə örtülüb, evin divarlarında deşik açılıb. Bundan başqa, evin qapıları sındırılıb, tavana isə qırmızı rəng vurulub. Evə vurulan ziyanın dəyəri 40 min dollar olaraq qiymətləndirilir. Yerli polis şübhəli şəxsin həbsi üçün order yazıb. Fövqəladə durumlara görə kirayənişinin evdən çıxarılması təkcə Amerikada baş vermir. Rusiya və Türkiyə təcrübəsində də belə hallar olur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре