https://news.day.az/azerinews/943240.html 7 il bar verməyən ağacdan əcaib meyvə... - FOTO Day.Az представляет новость на азербайджанском языке Türkiyənin Eskişehir şəhərində Semih Yaşarın bağçasında qəribə bir meyvə bitib. Day.Az musavat.com-a istinadən bildirir ki, 2010-cu ildə heyva ağacı kimi aldığı ağac 7 il sonra ilk meyvəsini verib. Amma bu, qeyri-adi meyvə olub.

7 il bar verməyən ağacdan əcaib meyvə... - FOTO

Azərbaycanca, 20 октября 2017 21:29 (UTC +04:00) 733
7 il bar verməyən ağacdan əcaib meyvə...

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Eskişehir şəhərində Semih Yaşarın bağçasında qəribə bir meyvə bitib.

Day.Az musavat.com-a istinadən bildirir ki, 2010-cu ildə heyva ağacı kimi aldığı ağac 7 il sonra ilk meyvəsini verib. Amma bu, qeyri-adi meyvə olub. Belə ki, görüntüsü alma, armud və heyvaya bənzəyən meyvənin dadı isə meyxoş olub.

İndi S.Yaşar həmin meyvənin nə olduğunu tapmaq üçün alimləri, botanikləri bağına dəvət edib: "Bağçada hər növ meyvə ağacının olmasını istədik. Heyva ağacımız olmadığı üçün heyva fidanı aldıq. Hamının heyva ağacı çiçəklənirdi, amma bizimki yox. Ağacın yarpaqları heyvaya bənzəyirdi, amma illərlə meyvə vermədi. Keçən ilə qədər ağac çiçək açır, meyvəsi qoz boyda olanda tökülürdü. Ən son bu il tam bir meyvə verdi. 7 il sonra nə olduğunu anlaya bilmədiyiniz bir meyvəyə sahib olduq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • 7 il bar verməyən ağacdan əcaib meyvə...
  • 7 il bar verməyən ağacdan əcaib meyvə...
  • 7 il bar verməyən ağacdan əcaib meyvə...
  • 7 il bar verməyən ağacdan əcaib meyvə...
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости