https://news.day.az/azerinews/943313.html Bakıda sürücü iki piyadanı vuraraq qaçıb Day.Az представляет новость на азербайджанском языке Bakının Nəsimi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakıda sürücü iki piyadanı vuraraq qaçıb

Azərbaycanca, 21 октября 2017 09:06 (UTC +04:00) 419
Bakıda sürücü iki piyadanı vuraraq qaçıb

Day.Az представляет новость на азербайджанском языке

Bakının Nəsimi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Day.Az "Report"a istinadən bildirir ki, 3-cü mikrorayon dairəsində piyada keçidi ilə hərəkət edən 1958-ci il təvəllüdlü Əhmədov Bilal Əşrəf oğlu və 1975-ci il təvəllüdlü Yağvəliyev Sərraf Həsənbala oğlu "90-HG-553" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili tərəfindən vurulub.

Sürücü yaralıları yerdə uzanmış vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Yaralılar taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, B.Əhmədovun vəziyyəti ağırdır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları axtarışa başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости