Nazirlikdən sabahın havası ilə bağlı - Xəbərdarlıq
Day.Az представляет новость на азербайджанском языке
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Day.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре