Türkiyənin məşhur məşqçisi: "Qarabağı və "Qarabağ" klubunu çox sevirik"

Day.Az представляет новость на азербайджанском языке.

"Qardaşlığımıza ziyan gətirəcək addımlar atmaq olmaz".

Diaspor fəalı Elnur Eltürkün Milli.Az-a verdiyi xəbərə görə, bu fikirləri Türkiyənin məşhur məşqçisi Yılmaz Vural Türkiyənin "Sabah" qəzetinin "Qarabağ" klubunun azarkeşləri ilə bağlı yaydığı yazısına münasibətində bildirib.

"İki qardaş ölkənin əlaqələrinə zərər gətirən yazılar yazmaq qətiyyən olmaz. Azərbaycan insanını bizi necə sevdiyini Bakıda səfərdə olarkən gördüm. Bu, sevgini zəiflədəcək yazılar onları üzür və dərindən sarsıdır. Türkiyədə milyonlarla Azərbaycanı sevən var. Dünən sosial şəbəkələrdə də "Sabah" qəzetinə gedən yazıya əsaslı və tutarlı cavab verildi.  Məncə, bu reallığı "Sabah"ın rəhbərliyi gələcək yazılarında diqqət edəcəklər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.