https://news.day.az/azerinews/944612.html Həbs olunan PX əməkdaşları Bakı İstintaq təcridxanasına köçürüldü Day.Az представляет новость на азербайджанском языке Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan iki məhbusun paytaxtda müşayiət altından qaçması ilə bağlı saxlanılan Penitensiar Xidmət (PX) əməkdaşları Bakı İstintaq təcridxanasına köçürülüb.

Həbs olunan PX əməkdaşları Bakı İstintaq təcridxanasına köçürüldü

Azərbaycanca, 25 октября 2017 18:36 (UTC +04:00) 661
Həbs olunan PX əməkdaşları Bakı İstintaq təcridxanasına köçürüldü

Day.Az представляет новость на азербайджанском языке

Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan iki məhbusun paytaxtda müşayiət altından qaçması ilə bağlı saxlanılan Penitensiar Xidmət (PX) əməkdaşları Bakı İstintaq təcridxanasına köçürülüb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xdmətin əməkdaşları - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanovun hər biri barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib və onlar Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti saxlama kamerasından 1 saylı Bakı İstintaq təcridxanasına təhvil verilib.

Məlumata əsasən, həmin şəxslər təcridxananın təkadamlıq kameralarında saxlanılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости