https://news.day.az/azerinews/944624.html Azərbaycanlı jurnalist yol qəzasında həlak oldu - YENİLƏNİB Day.Az представляет новость на азербайджанском языке ---------- 20:50 "Həftə içi" qəzetinin əməkdaşı, bölgə müxbiri Məmmədli Səxavət Musa oğlu bu gün Şirvan şəhərində baş vermiş yol qəzasında dünyasını dəyişib. Day.Az hafta.az-a istinadla bildirir ki, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində yaşanıb.

Azərbaycanlı jurnalist yol qəzasında həlak oldu - YENİLƏNİB

Azərbaycanca, 25 октября 2017 20:50 (UTC +04:00) 1 535
Azərbaycanlı jurnalist yol qəzasında həlak oldu

Day.Az представляет новость на азербайджанском языке

----------
20:50

"Həftə içi" qəzetinin əməkdaşı, bölgə müxbiri Məmmədli Səxavət Musa oğlu bu gün Şirvan şəhərində baş vermiş yol qəzasında dünyasını dəyişib.

Day.Az hafta.az-a istinadla bildirir ki, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində yaşanıb. SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən zaman əməkdaşımızı vurub. Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib. Qeyd edək ki, 1956-cı il təvəllüdlü S. Məmmədli uzun illər ölkənin bir çox tanınmış mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərib. Bu illər ərzində çoxsaylı diplom və mükafatlara layiq görülüb.

----------
19:04

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Heydəri Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Qazax rayon sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.
 
Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости