https://news.day.az/azerinews/948261.html Bakıda "ağıllı" evlərə maraq artır - Bu evlər neçəyə başa gəlir? - VİDEO Day.Az представляет новость на азербайджанском языке Qənaətcil olması ilə seçilən ağıllı evlər dünyanın bir çox ölkələrində geniş yayılıb. Bu sistemlə evdəki bütün elektronikanı cəmi bir telefon və ya səs vasitəsi ilə, heçnəyə toxunmadan idarə etmək mümkündür.

Bakıda "ağıllı" evlərə maraq artır - Bu evlər neçəyə başa gəlir? - VİDEO

Azərbaycanca, 6 ноября 2017 22:12 (UTC +04:00) 3 830
Bakıda "ağıllı" evlərə maraq artır - Bu evlər neçəyə başa gəlir?

Day.Az представляет новость на азербайджанском языке

Qənaətcil olması ilə seçilən ağıllı evlər dünyanın bir çox ölkələrində geniş yayılıb. Bu sistemlə evdəki bütün elektronikanı cəmi bir telefon və ya səs vasitəsi ilə, heçnəyə toxunmadan idarə etmək mümkündür. Bir evin standart evdən ağıllı evə keçirilməsi üçün isə cəmi 3000 manat pul lazımdır. Sistemin evlərə qoşulması sadəcə kabelsiz ağıllı cihazlarla və proqramla aparıldığından quraşdırılma zamanı heçbir söküntü işləri aparılmır. Hazırda Bakıda yüzlərlə mənzil ağıllı ev sisteminə keçib.

Telefona yalnız bir toxunuşla işığı söndürmək, suyu kəsmək, hətta qəhvə dəmləmək olur.

Bundan əlavə qazla işləyən buxarı, su, işıq, qaz və digər elektriklə işləyən qurğuların hamısı bir kabelsiz cihazda birləşib. Və bu sistem vasitəsi ilə bütün evə cəmi bir smartfonla nəzarət etmək mümkündür.

Bütün dünyada çox geniş yayılan ağıllı evlərə ölkəmizdə son zamanlar maraq artıb. İstənilən evə quraşdırılan bu cihazlar vasitəsi ilə bütün elektronikanı idarə etmək mümkündür. Bura mətbəx avadanlıqları, məişət əşyaları, qapı pəncərə və digər qurğular da aiddir.

Ağıllı ev sisteminin səs qəbuledicisi ancaq ingilis dilində əmrləri qəbul etsə də, hazırda proqramın dilinin Azərbaycan dilinə dəyişilməsi üzərində işlər görülür. İstənilən smartfona uyğun olan proqramı dünyanın hər yerindən idarə etmək mümkündür. Yəni evdə olmasanız belə işıq, su,qaz kimi komunal xidmətlərə nəzarət etmək olur.

Avropa ölkələrində ağıllı evlərin geniş yayılmasının səbəbi bu üsullun rahatlıqan əlavə qənaətcil olmasıdır. Son zamanlar Bakıda da bir çox evə bu sistem quraşdırılıb.

Ağııllı ev sistemlərini demək olar ki,bütün evlərə quraşdırmaq mümkündür.Qiymətlər isə evin ölçüsündən və proqrama qoşulan xidmətlərin sayından asılı olaraq dəyişir.

Sistemin evlərə qoşulması sadəcə kabelsiz ağıllı cihazlarla və proqramla aparıldığından quraşdırılma zamanı heçbir söküntü işləri aparılmır. Hazırda Bakıda yüzlərlə mənzil ağııllı ev sisteminə keçib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости