https://news.day.az/azerinews/948942.html Həyəcan siqnalı - Cəmiyyət arasında təhlükəli vərdiş yayılır Day.Az представляет новость на азербайджанском языке Bir çox ana körpə dünyaya gələn kimi onu əmziyə öyrədirlər. Çünki pediatorların bir qismi iddia edir ki, əmzik uşağı sakitləşməsi üçün ideal vasitədir. Son araşdırmalar isə bunun tam əksini sübut edir.

Həyəcan siqnalı - Cəmiyyət arasında təhlükəli vərdiş yayılır

Azərbaycanca, 9 ноября 2017 00:03 (UTC +04:00) 4 983
Həyəcan siqnalı - Cəmiyyət arasında təhlükəli vərdiş yayılır

Day.Az представляет новость на азербайджанском языке

Bir çox ana körpə dünyaya gələn kimi onu əmziyə öyrədirlər. Çünki pediatorların bir qismi iddia edir ki, əmzik uşağı sakitləşməsi üçün ideal vasitədir. Son araşdırmalar isə bunun tam əksini sübut edir.

Metbuat.az-ın məlumatına görə, bir neçə gün əvvəl Səhiyyə Nazirliyi və UNİCEF-in təşəbbüsü ilə keçirilən tədbirdə mütəxəssislər bildiriblər ki, valideynlər körpələrini əmziklərdən uzaq tutmalıdırlar. Süni vasitə uşaqların səhhəti üçün ziyanlıdır.

Bəs əmziklər uşaq orqanizmi üçün doğrudanmı təhlükə yaradır?

Pediatorlar bildiriblər ki, uşağa əmzik verilməsinin tərəfdarı deyil: Lakin vaxtından tez doğulmuş uşaqlar olur ki, onlarda əmmə reseptorunu formalaşdırmaq üçün əmziklərdən istifadə edirik. Çünki uşaq əmməyə alışmalıdır ki, şüşədən süni qidanı yeyə bilsin.

Amma bəzi analar rahatlıqları üçün normal körpələrə də əmzik verirlər. Bu, doğru deyil. Çünki həm uşaqlarda çənə aparatının düzgün formalaşmasına mane olur, həm də əmzik əmən uşaqlarda nitqin inkişafı ləngiyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости