Respublika Gününə həsr olunmuş “Zirvələrə doğru” konsert keçirilmişdir - FOTO

Day.Az представляет новость на азербайджанском языке. 

Mayın 27-də Heydər Əliyev Sarayının təşkilatçılığı ilə, 28 may - Respublika Gününün 95 illiyinə həsr olunmuş "Zirvələrə doğru" müsabiqəsinin yekun konsert proqramı keçirilmişdir.

Muğam, xalq və estrada mahnıları, aşıq, bədii qiraət və müxtəlif musiqi alətlərində ifaçılıq bacarığı olan qalib iştirakçılar yekun konsertdə böyük uğurla çıxış etmişlər. Hər bir musabiqə qalibi diplom və hədiyyələrlə təltif olundular.

Qeyd edək ki, "Zirvələrə doğru" konsert-musabiqəsinə fevral ayının 1-dən start verilmişdir. İlk seçim turundan sonra çoxsaylı müraciətləri nəzərə alaraq, mart ayında ikinci seçim turu keçirilmişdir. İki seçim turunun nəticəsinə görə, Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçilən daha istedadlı iştirakçıların may ayında böyuk konsert proqramının keçirilməsinə qərar verilmişdir.

Böyütmək üçün şəkillərə klikləyin.