Domino's Pizza-dan əməkdaşın qəzasıyla bağlı açıqlama (R)
İlk öncə 23 May baş verən ağır qəza Domino's ailəsinin böyük itkisidir. Qəzada həyatını itirən əməkdaşımız Ulvi Məmmədov uzun müddətdir bizimlə çalışırdı. Yaşanan bu ağır itkidə əməkdaşımızın Ailəsinə və bütün Domino's ailəsinə dərin hüznlə baş sağlığı veririk.

İctimaiyyətdən xahiş edirik ki,əməkdaşımızın ailəsinin və Domino's ailəsinin bu hüznlü günündə həssaslığımızı anlayışla qarşılayasınız.
Hadisənin baş vermə səbəbləri hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Dəqiq rəy bilindikdən sonra hadisənin baş vermə səbəbləri haqqında ictimaiyyətə dəqiq məlumat veriləcək
Domino's Pizza üçün istər qlobalda istərsə də lokalda ən vacib məqam hər şeydən əvvəl həm restoran daxili həmdə çatdırma zamanı təhlükəsizlikdir. Təhlükəsizliklə əlaqəli mütəmadi olaraq əməkdaşlarımıza müxtəlif təlimlər keçirilir və əməkdaşlarımız təlimatladırılırlar. Domino"s Pizzada çalışan hər bir kəsin əməyinin təhlükəsizliyi qaydalarına tam əməl olunur və buna xüsusi önəm veririk.

Biz illərdir birgə işlədiyimiz əməkdaşımız Ulvi Məmmədovun itkisi fonunda sosial mediada bu qəzanın detallarını bilmədən məqsədyönlü şəkildə əleyhimizə aparılan qaralama kampaniyasından təəssüf hissi keçiririk və hər kəsdən xahiş edirik ki, 3-cü tərəflərin məqsədyönlü qərəzli, heç bir əsası olmayan, hər-hansı bir mötəbər sübuta əsaslanmayan şayiələrinə etibar etməsinlər

Sosial mediada əsasən bu qəzanı "30 dəqiqə Çatdırma kampaniyası" ilə əlaqəli baş verdiyini vurğulayırlar. İlk öncə vurğulamaq istərdik ki, kampaniya başlamazdan əvvəl bütün müştərilərimizə məlumat vermişdik ki, bu kampaniya istənilən pis hava şəraitində keçərli deyil və pis hava şəraiti müşahidə olunan zaman kuryerlərimizə asta və təhlükəsiz sürməklə bağlı ciddi təlimatlandırma aparırıq. 2-ci sosial mediada müzakirə edilən məqam, gecikmə olan zaman müştəriyə verilən hədiyyə pizzanın ödənişinin İşçilərimizdən alınması haqqında olan mənbəyi bəlli olmayan səhv məlumatdır. Qeyd edək ki, bu halla bağlı kampaniya başlayandan saytımızda ətraflı qeyd etmişik ki, bu halda işçi heç bir maddi məsuliyyət daşımır (Ətraflı Linkdə: http://www.dominospizza.az/corporate/condition-services.aspx)
Bundan əlavə Bizim çatdırma kampaniyaları çatdırması mümkün olan ərazilər üçün keçərlidir, yəni əlavə sürətə ehtiyac olmadan sürücünün yaxın ərazilərə normal gedib qayıda biləcəyi məsafələrə çatdırma edirik. Çatdırılma əraziləri kuryerlərimizin təhlükəsizliyi üçün məhdudlaşdırılıb..

Qərəzli mövqedən paylaşım edilənlərə və mənbəyi bəlli olmayan heç bir hüquqi əsası olmayan şirkətin imicinə xələl gətirən məlumatlar yayanlara qarşı hüquqi platformada lazımi tədbir görüləcək.