"İstənilən konstruktiv münasibətlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas məqsədinə xidmət etməlidir"
Day.Az представляет новость на азербайджанском языке
İstənilən konstruktiv münasibətlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas məqsədinə nail olmağa xidmət etməlidir.
Day.Az bildirir ki, bunu Trend-ə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bu gün Moskvada keçirilən mətbuat konfransında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Brüsseldə son görüşünün yekunları ilə bağlı özəl olaraq Trend-in sualını cavablandırarkən qeyd edib.
Rusiyanın XİN rəsmisi deyib: "Tərəflərin qurduğu istənilən konstruktiv münasibətlər bu vəziyyətin, problemin nizamlanmasının əsas məqsəd və vəzifələrinə nail olmağa xidmət etməlidir. Biz hər iki tərəfin münaqişənin tam nizamlanması və ya heç olmasa dialoqun davam etdirilməsi istiqamətində addımlarını dəyərləndiririk".
1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.
Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре