Nadir Qafarzadənin prodüseri ilə şərik işi - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Müğənni Nadir Qafarzadə "Yalan demirəm" adlı yeni klipini təqdim etməyə hazırlaşır.
Day.Az-a açıqlama verən ifaçı bildirib ki, yeni mövsümdə bir neçə layihə təqdim edəcək: "Müğənninin işi mahnı oxuyub, klip çəkdirməkdir. Mən də bunu hər mövsüm həyata keçirirəm. Bəzi insanlar deyir ki, "Nə çox mahnı yazdırırsız?" Anlada bilmirəm ki, mahnı yazdırmaq müğənninin işidir. Bu mövsüm də ənənəmə sadiq qalcağam. Sevənlərimə yeni layihələr, mahnılar, kliplər təqdim edəcəyəm. Artıq "Yalan demirəm" adlı mahnımızın ekran işini yekunlaşdırmaq üzrəyik. Klipin rejissorluğunu prodüserim Ertoğrul Kemalov edib. Klipdən 1 dəqiqəlik hissəsi sosial şəbəkədəki səhifəmdə paylaşdım. Düşünürəm ki, yekunda fərqli bir iş ərsəyə gələcək.".
Qeyd edək ki, "Yalan demirəm" adlı bəstənin sözləri Orxan Mürvətliyə, musiqisi isə Əli Əliyevə məxsusdur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəkilə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре