Rəqsanə də Təranədən yazdı: "Hər yerdə haqqıma girdin"
Day.Az представляет новость на азербайджанском языке
Müğənni Rəqsanə İsmayılova da uzun illərdir küsülü olduğu və hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın həbs xəbərinə münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı İnstaqram səhifəsində paylaşım edərək, bunları yazıb:
"Bu gün baxıram və bunu demək istəyirəm ki, bir neçə ilə nəzər salın baxın... Bu gün yaşadıqlarını mən və ailəm bir vaxtlar yaşadıq. Neçə illər mənim başıma gəlməyən qalmadı. Hansı ki, indi o qardaşlar da həbsdədir. Uşağımın adına açılan sosial şəbəkədə profil, bacımın, anamın başına gətirilən oyunlar... Bəs, mən bu günə kimi dözdüm, hər yerdə yazdılar, dedilər, amma dözdüm. Ailəmin arxasında oldum, nələr çəkdim bir Allah, bir mən bilirəm.
Bu gün Təranəyə sevinmirəm. Çünki balası var. Allah yenə də qapısını açsın, İradə xalaya səbr versin. Anası çox yaxşı insandır, heç kimə pislik etməyin, çörəyin yeyib ayağının altını qazmayın. Hər yerdə mənim haqqıma girirdi. Aysunun adından sosial şəbəkədə profil açıb, Təranə, nələr etdin. Övladım məktəbə getməyə utanırdı.
Dünən onun başına gələnləri oxuduqca, bütün başıma gələnlər gözümün qabağından keçdi. Dedim, Rəqsanə sən nələrə dözüb, sinə gərdin. Hanı o qardaşlar, hardadır? Onlar da həbsdədir. Onlarla əlbir olub mənə nələr etmədiz. Üzümə bəlkə 40 nəfər adam qoydunuz yalan yerə. Heç nə sübut olmadı, qanun isə xitam verdi.
O qədər yazası sözüm var. Yenə də deyirəm, özünə görə yox. Özü bu gün yaşadıqlarını vaxtında mənə və başqalarına çox yaşadıb. Amma Allah onu körpə balasına və anasına görə qapısını açsın. Uşağın, ananın heç bir günahı yoxdur.
Bu günə qədər bir dəfə də olsun mən onun anasının və balasının adını çəkməmişəm. Çünki mən də anayam, övladlarım var. Amma sən mənim anamın, bacımın, övladımın haqqına girdin. Nələrə əl atdın, nələr etdin. Belə günə sevinən gərək insan olmasın. Elə ürəyə sahibəm ki, ailəsinə kömək olaram. Bilirəm ki, onların heç kimi yoxdur. Bir il tez gəlib keçər, övladının yanında olarsan".
Qeyd edək ki, Təranə bir vaxtlar Rəqsanənin prodüseri olub. Daha sonra onlar qalmaqallı şəkildə ayrılıblar. Hazırda qadın alverində təqsirləndirilən Təranə həbsxanadadır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре