Azərbaycan istehsallı “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda istehsal edilən "Khazar" avtomobilləri bu il Ukraynaya ixrac ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş" ASC-nin Rusiyanın "QAZ Qrup" (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.

E.Axundov deyib ki, avtomobillərin ilk ixracı bu ilin ortalarında başlayacaq və ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur.

İdarə Heyətinin sədrinin məlumatına görə, avtomobil zavodunda bu günə qədər təxminən 1250-yə yaxın avtomobil istehsal olunaraq satılıb: "Ötən il ərzində istehsal olunan "Khazar" avtomobillərinin 40 faizi dövlət qurumları, 60 faizi isə əhali tərəfindən alınıb. Satılan avtomobillərin 25-30 faizi kreditlə, digərlərinin isə nağd yolla satışı həyata keçirilib. Həmçinin bu il zavodda 3000 avtomobilin istehsalı planlaşdırılır".

 

Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş" ASC-nin Rusiyanın "QAZ Qrup" (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.