Yelkənli İdman Federasiyası “Yay məktəbi 2019” layihəsinə start verib
Yelkənli İdman Federasiyası Optimist sinfi üzrə "Yay məktəbi 2019" layihəsinə başlayıb.
Day.Az Trend-ə istinadla xəbər verir ki, qeydiyyat artıq başlayıb. Qeydiyyat zamanı 7 - 14 yaşlı uşaqların sağlamlığı, bacarıq və qabiliyyətləri nəzərə alınacaq. Hər dövr üçün kursa 10 - 15 nəfərin seçilməsi nəzərdə tutulub. Qeydiyyat və seçimlər bütün kurs dövrü davam edəcək. 1-ci dövr 1-14 iyul, 2-ci dövr 22 iyul - 4 avqust, 3 cü dövr isə 5-18 avqust tarixlərində baş tutacaq.
Qeyd edək ki, yelkənli idman növünə kütləvi maraq və istəyi təmin etmək məqsədi ilə təşkil olunan "Yay Məktəbi"nin reallaşdırılması Azərbaycanda yelkənli idman üzrə peşəkar idmançıların yetişdirilməsi, yelkənli idmana sevginin aşılanmasına xidmət edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре