Azərbaycanda bu meyvə və tərəvəzlər təhlükədə - Aralıq dənizi meyvə milçəyi peyda oldu
Aralıq dənizi meyvə milçəyi Azərbaycan Respublikasının ərazisi üçün karantin tətbiq edilən zərərli orqanizm olmaqla, Türkiyə, Rusiya, Albaniya, Əlcəzair, Xorvatiya, Kipr, Misir, Fransa, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Malta, Mərakeş, Portuqaliya və s. kimi ölkələrdə yayılıb.
Day.Az Trend-ə istinadla xəbər verir ki, Kənd Təsəsrrüfatı Nazirliyi yanında Dövlət Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizə mərkəzinin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində aparılan monitorinqlər nəticəsində aralıq dənizi meyvə milçəyi ilə sirayətlənmə halları müşahidə edilib.
Bununla yanaşı, Aralıq dənizi meyvə milçəyinin yayılma arealını müəyyən etmək üçün Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonunun 23 kənd və qəsəbəsinin müxtəlif nöqtələrində zərəverici ilə sirayətlənmiş meyvələrin fotoşəkilləri nümayiş etdirilməklə 203 sakin arasında sorğu aparılıb və sorğuda iştirak edən sakinlərin təxminən 50%-i bağlarda bu halın müşahidə edildiyini bildiriblər.
Bunu nəzərə alaraq Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu zərərverici ilə əlaqədar müşahidələrin davam etdirilməsi məqsədi ilə 27 iyul 2019-cu il tarixdən etibarən Abşeron rayonunun kənd və qəsəbələrində 250 ədəd feromon tutucuların quraşdırılmasına başlanılıb. Hazırda bu tədbirlər davam etdirilir.
Təhlükəli karantin obyekti və polifaq bir zərərverici olaraq 200-dən çox meyvə və tərəvəz bitkilərinə ziyan vurur. (sitrus bitkiləri, banan, xurma, şaftalı, alma, gilas, üzüm, pomidor, bağımcan, çiyələk və s.).
Sirayətlənmiş meyvələr vaxtından əvvəl tökülür. Tökülmüş meyvələrin xarıci görünüşü sağlam görünsədə, onun zədələnmiş hissələrindən meyvənin zərərverici tırıfindən zədələnməsi aydın görünür.
Yumurta qoyulan yerlərdə qabıq zədələnir və çürümə törədən göbələklərin inkişafına şərait yaranır. Zərərverici yayılmış rayonlarda güclü sirayətlənmə zamanı məhsulun tam məhv olmasına səbəb ola bilir. Qışı torpaqda və ya ağac üzərində qalan meyvələrin içində keçirir;
Yazın sonu və yayın əvvəllərində əmələ gəlmiş yetkin fərdlər bir qədər uçduqdan sonra cütləşir və ovipozitorlarla (yumurta qoyma borusu) yumurtalarını (sutkada-1-20 ədəd, yaşam dövrundə adətən 300 ədəd) meyvənin qabığının altında açdıqları dəliyə qoyurlar. Embrionun inkişafı 1-2 gün davam edir. Yumurtadan meyvənin ləti ilə qidalanan ağ rəngli 1 mm ölçüdə sürfələr çıxır və sürfələr qidalanaraq mərkəzə doğru hərəkət edirlər. Sürfənin qidalanması 14-21 günə başa çatır; bu müddətdə surfə 3 inkişaf mərhələsi keçərək 10 mm-ə qədər böyüyür. Sürfənin hansı meyvə növü ilə qidalanması inkişaf müddətinə təsir edə bilir, məsələn sitruslarda (əsasən limonda) sürfənin inkişafı 14-26 gün olduğu halda, şaftalıda bu müddət 10-15 gündür. Sürfənin inkişafı üçün optimal temperatur 20-28ºC-dir. Zədələnmiş meyvələr vaxtından əvvəl çürüyüb tökülür və tökülmüş meyvələrdən çıxan sürfələr torpağın üst qatına düşur (2-3 sm) və orada pup mərhələsinə keçirlər. Pup mərhələsinin inkişafı iqlimdən asılı olaraq 7-10 gün davam edir. Sürfələr tullanmaq qabiliyyətinə malik olduqları üçün pupları bəzən meyvə düşən yerdən təqribən 3 metr aralıqda müşahidə edilir. Puplar oval şəkilli, bir qədər uzunsov, olçüsu 4-5 mm olur. Havanın nəmliyi 70% və temperatur 26ºC olduqda yumurta qoyuluşundan yetkin fərdin əmələ gəlməsi üçün 18-21 gün, 21ºC-də- 40-70 gün, 16ºC- də -100 gün lazımdır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре