https://news.day.az/pgbrands/1136044.html Brilliantdan Təranənin “ulduzu sönüb” fikrinə cavab: O kimdir?

Brilliantdan Təranənin “ulduzu sönüb” fikrinə cavab: O kimdir?

P&G Brands, 8 июля 2019 14:38 (UTC +04:00) 1 111
Brilliantdan Təranənin “ulduzu sönüb” fikrinə cavab: O kimdir?

Qalmaqallı prodüser Təranə Səmədova "ATV maqazin onlarla" proqramının "Onlarla 3 dəqiqə" rubrikasında Xalq artisti Brilliant Dadaşova haqqında gözlənilməz ifadələr işlədib.

Day.Az Oxu.Az-a istinadla xəbər verir ki, müxbirin ünvanladığı "Hansı məşhurun ulduzu sönüb" sualına T.Səmədova belə cavab verib:

"Brilliant Dadaşovanın sənətini çox sevirəm. Amma indi düşünürəm ki, o qədər də gündəmdə deyil, parlamır".

Onun sözlərinə görə, indi elə sənət sahibləri gündəmdə, trenddədir ki, işləməklərinə ehtiyac qalmadığını düşünürlər.

Qalmaqallı olayla bağlı Oxu.Az-ın əməkdaşı Brilliant Dadaşova ilə əlaqə saxlayıb. Xalq artisti sualı eşidər-eşitməz tanımadığı insanların onun haqqında fikir bildirməsinə əhəmiyyət vermədiyini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости