“Həyasız, əyyaş, hoqqabaz, tramvay nömrəsi” - Aygünə sərt sözlər

"Bugün musiqimizin bu qədər bəsitləşməsindən, ortalıq meymunlarından, canlı oxumağı bacarmadığı, hətta fonoqramla oxuyarkən musiqini dərk edən insanlarda gülüş doğuranlardan məhz Mirzə Babayevin ad günündə danışmaq istədim"

Day.Az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Aygün Kazımova ilə bağlı yazdığı statusdan bəhs edərkən bildirib.

O, daha sonra ad çəkməsə də A.Kazımova haqda sərt sözlər yazıb:

"Keçmişimdə və bugünümdə heç bir qüsur tapa bilməyənlər məcburən şər-böhtana əl atıblar. Niyə zəif, əyyaş, boş hay-küy yaradan müğənni deyən kimi buraya komanda yollanır və deyilir ki, bu sözlər məhz filankəsə ünvanlanıb. Oxuya bilməyənlərdən danışanda gözününüzün önündə o dəqiqə yalnız bir müğənni canlanır? Sanki sübut etmək istəyirsiniz ki, səsi olmayan yalnız filankəsdir. Sözümü musiqiyə yox, boş hoqqabazlığa önəm verənlərə deyirəm. Səhifəmə 10-15 min adam yollasalar da, estrada musiqisindən danışacağam".

Müğənni daha sonra bir zamanlar məclislərin birində əlində tərəvəzlə çəkilən fotosuna görə onu aşağılamaq istəyənlərə də cavab verib:

"İç üzünüz Allahın verdiyi neməti yeyən yerdə qəfil fotomu çəkib, bunu ayıb imiş kimi qələmə verməyinizdə ortaya çıxır - öz "anaşa"nızdan. Boçkasına girib, "alkaş"lıq etdiyinizdən, sərxoş halda əyilmiş ağzınızla sizin kimi həyasızlardan abrını gözləyən müğənnilərə "bura səhnədir", yox "ora səhnədir" deməkdən pis və ayıb şey imiş tərəvəz yemək? Bəsit - üç notdan ibarət mahnıların ifaçısı deyirəm, siz yalnız bir insana bunu şamil edirsiniz. Səhifəmə bir "lapet" adam göndərilib ki, kimisə tərifləsin. Bu da səsi olmayan müğənnilərin hay-küy yaratmaq bacarığının bir növüdür. Bəzi bəsit mahnıları hətta nənəm də canlı oxuyar. 50 yaşında birinci sinif şagirdi kimi oxumaqdansa, 70 yaşında olmaq yaxşıdır ".

B.Dadaşova daha sonra A.Kazımovanın "Nömrə 1" yarışmasında Natavan Həbibiyə uduzması mövzusuna da toxunub:

"Nömrə bir dedikləri tramvay, avtobus nömrəsidir. Ona görə də özündən 25 yaş kiçiklərə SMS-lərdə uduzurlar. Tamaşaçı "Xalqın sevimlisi"nə niyə səs vermədi? PR gücünə "müğənni" olmaq istəyib, ola bilməyənlər, Brilliant elə şeylərdən çox uzaqdadır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.