https://news.day.az/pgbrands/1142553.html Gənc zabitlər Azərbaycan Ordusunda xidmətə başladı - FOTO

Gənc zabitlər Azərbaycan Ordusunda xidmətə başladı - FOTO

P&G Brands, 29 июля 2019 16:13 (UTC +04:00) 1 017
Gənc zabitlər Azərbaycan Ordusunda xidmətə başladı

Azərbaycan Ordusunun hərbi hissələrindən birində ali hərbi məktəbi yeni bitirmiş gənc zabitlərin xidmətə qəbulu ilə bağlı təntənəli mərasim keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Tədbir hərbi hissənin sıra meydanında təntənəli düzülüşlə başlayıb, dövlət bayrağı meydana gətirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himni ifa olunub.

Gənc zabitlərə hərbi hissənin tarixindən, keçdiyi döyüş yolundan, hazırda burada yaradılan xidməti və sosial-məişət şəraitindən danışılıb.

Leytenantlar əsgər yataqxanaları, anbarlar, avtopark və döyüş texnikası üçün saxlanclar, bölmələrin istifadəsində olan döyüş texnikaları və silahlarla tanış olublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Gənc zabitlər Azərbaycan Ordusunda xidmətə başladı

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости