Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu

İnsanların əksəriyyəti balıq tutmağı sevir. Bəzən isə ova nadir varlıqlar düşür. 

Day.Az oxu.az-a istinadla xəbər verir ki, 19 yaşlı norveçli Oskar Lundal Annoya adası yaxınlığında balıq ovuna çıxıb və halibut tutacağına ümid edib. Amma onun toruna daha maraqlı bir dəniz sakini düşüb.

"Ladbible"ın məlumatına görə, oğlan göyərtəyə iri gözləri olan, həm dinozavr, həm də yadplanetliyə oxşayan bir varlıq çəkir:

"Bu, olduqca heyrətamiz idi, mən əvvəllər heç vaxt beləsini görməmişdim. O, qəribə görünürdü və dinozavra bənzəyirdi". 

"Oskar əvvəlcə şoka düşüb, çünki o əvvəllər belə bir dəniz varlığı görməyib", - deyə "The Sun" yazır. O, "canavar"ı 800 metr dərinlikdən təxminən yarım saata çəkib çıxarıb və çıxarılanda o, artıq ölmüş olub. Daha sonra gənc balıqçının daha təcrübəli həmkarları məsələyə aydınlıq gətirib. 

Chimaera Monstrosa Linnaeus balığı - Avropa ximeri qəribə tapıntıdır. O, köpəkbalıqları ailəsinin üzvüdür, lakin insanlar üçün təhlükəsizdir. Bir qayda olaraq, suyun dərinliklərində yaşayır və nadir hallarda insan tərəfindən ovlana bilir. Oskar nadir "şanslılar" arasındadır: 

"Özümə gəldikdə belə bir dəniz sakininin yağda qızardılmış halının dadına baxmaq şansını qaçırmadım. Qorxunc görünüşünə baxmayaraq, balıq, həqiqətən, dadlı idi. Əti bir az cod olsa da, dadlıdır".