“Dostlarımın ABŞ-da əmlakı yoxdur” - Ərdoğan nazirlər haqda
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Maliyyə Nazirliyinin Türkiyənin Milli Müdafiə və Energetika nazirliklərinə, eləcə də Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və Energetika naziri Fatih Dönməzə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyinə münasibət bildirib.
Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Ərdoğan Amerika hökumətinin bu qərarının qəbuledilməz olduğunu deyərək amerikalı həmkarı Donald Trampı sərt şəkildə qınayıb.
"Bunu qəbul etmək mümkün deyil. Biz bu siyahının davamını da görmək istəyirik. Bunun səbəbi nədir? Siz bu ölkənin nazirlərinə viza gətirməkdən bəhs edirsiniz. Nəyə əsaslanıb belə bir şeyi dilə gətirirsiniz? Əmlakları müsadirə olunacaqmış...Amerikada əmlakları varsa...Sanksiyaları yenidən nəzərdən keçirəcəkmiş. Mənim dostlarımın heç birinin ABŞ-da hər hansı əmlakı yoxdur. Biz Türkiyə olaraq qəbilə, çadır dövləti deyilik. Sən Türkiyəyə axı necə belə baxa bilərsən?", - deyə Ərdoğan vurğulayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре