Roma Papası: Koronavirusdan başqa, onun qədər təhlükəli, milyonlarla can alan bəlalar var

Roma Papası Fransisk qeyd edib ki, dünyada koronavirus pandemiyasından başqa, onun qədər təhlükəli, milyonlarla can alan bəlalar da var. Day.Az xəbər verir ki, bunu Roma Papası birbaşa yayımlanan efirdə qeyd edib.

Papa Fransisk əlavə edib ki, koronavirus daşqın kimi qəflətən insanların üzərini aldı. Amma koronavirus kimi elə bəlalar var ki, onları da "pandemiya" adlandırmaq olar və onlar həmişə var, lakin biz bunları nəzərə almırıq. O, belə bəlalar siyahısına "aclıq pandemiyasıını" aid edib.

Papanın sözlərinə görə, təkcə bu ilin 4 ayında aclıqdan 3.7 milyon isan ölüb: "Tanrı bu faciələrdən qorusun", - deyə o əlavə edib.