https://news.day.az/pgbrands/1575139.html “Qarabağ”ın növbəti potensial rəqibləri açıqlandı

“Qarabağ”ın növbəti potensial rəqibləri açıqlandı

P&G Brands, 21 июня 2023 14:30 (UTC +04:00) 614
“Qarabağ”ın növbəti potensial rəqibləri

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri açıqlanıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, UEFA püşkdən əvvəl komandaları qruplaşdırıb.

Azərbaycan çempionu I raundda Cəbəllütariq çempionu "Linkoln"u üstələməyi bacarsa, növbəti mərhələdə "Jalgiris" (Litva) - "Struqa" (Şimali Makedoniya), "Rakuv" (Polşa) - "Flora" (Estoniya) və ya "Olimpiya" (Sloveniya) - "Valmiera" (Latviya) cütünün qalibi ilə qarşılaşacaqdı.

"Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün qalibi "Qarabağ" - "Linkoln"  cütünün qalibi ilə qarşılaşacaq.
 
Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayıb. II təsnifat mərhələsinin oyunları 25-26 iyul, cavab matçları 1-2 avqustda keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости