Cəlilabadda 50 baş at oğurlanıb - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Cəlilabad rayonunda kəndlilərə məxsus atlar kütləvi olaraq otlaq sahəsindən oğurlanıb.
Day.Az report-a istinadən bildirir ki, hadisə rayonun Soyuqbulaq kəndində baş verib. Kənd sakinləri bildirib ki, gündüzlər atları təsərrüfat işlərinə cəlb edirlər, axşamlar isə onları otlamaq üçün yaxınlıqdakı örüş sahəsinə buraxıblar. Səhər axtarsalar da, kəndlilər atlarını örüşdə tapa bilməyiblər.
Ümumilikdə bir neçə gün ərzində Soyuqbulaq kəndindən müxtəlif şəxslərə məxsus 50 başdan yuxarı at oğurlanıb. Kəndlilərin sözlərinə görə, heyvanların kütləvi oğurlanmısı oğruların bir yox, bir neçə nəfər olduğunu deməyə əsas verir.
Məsələ ilə bağlı kənd sakinləri polisə məlumat veriblər. Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) bildirilib ki, hadisə ilə bağlı saxlanılan olmasa da artıq şübhəli şəxslər müəyyən edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре