Həbsxana işçisi danışdı:

Day.Az представляет новость на азербайджанском языке

Paris terrorunun təşkilatçısı Salah Abdeslamın həbsxanada çəkilmiş yeni fotoşəkli yayımlanıb.

Day.Az axar.az-a istinadən bildirir ki, Belçikanın Brügge şəhərində yüksək təhlükəsizliyin təmin olunduğu şəraitdə saxlanılan terrorçunun saqqal buraxdığı və kökəldiyi görünür.
 
Digər tərəfdən fotoşəkli ictimaiyyətə təqdim edən "Het Nyusblad" qəzetinə danışan həbsxana işçisi 26 yaşlı Abdeslamın nümunəvi məhbus və çox yaxşı bir uşaq olduğunu deyib.
 
Başqa bir mənbə isə intihara cəhd səbəbindən terrorçunun saxlandığı hücrənin saatda 8 dəfə yoxlanıldığını bildirib.
 
Xatırladaq ki, Adeslam 13 noyabrda Fransanın paytaxtı Parisdə baş verən terror aktının təşklilatçısı olub. Terrorçu hadisədən sonra Belçikaya qaçsa da, martın 18-də həbs olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.