"Qızıl" satan qadınlar məhkəmə qarşısında
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asyaxanım Hüseynova, Sevinc Əliyeva və Könül Orucovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Day.Az Trend-ə istinadən bildirir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən Könül Əliyevanın vəkili müdafiə etdiyi şəxslə bağlı cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin edilməyib.
Məhkəmə baxışı aprelin 15-ə təyin edilib.
İttihama görə, hər 3 qadın qızıl alverçisini aldararaq ona külli miqdarda saxta qızıl verib və ondan 300 min manatdan artıq pul alıblar. Zərərçəkən qızılların saxta olmasını bildikdən sonra polisə müraciət edib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3. 2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham ediliblər.
Asyaxanım Hüseynova barəsində həbs-qəti imkan tədbiri seçilib, digər iki qadınla bağlı isə heç yerə getməmək bağlı intizam qərarı seçilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре