BMT: "Sivilizasiyalar Alyansının 7-ci Forumu qlobal tərəfdaşlığı müəyyənləşdirmək üçün unikal imkan yaradacaq"

Day.Az представляет новость на азербайджанском языке

Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 2,5 mindən çox iştirakçısına beynəlxalq gündəliyin irəliləməsi üçün innovasiya həllərinin tapılması imkanı verəcək.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdül Əziz ən-Nasir deyib.

O bildirib: "Dünya ictimaiyyəti olaraq, biz dinc və ədalətli cəmiyyətin yaradılması uğrunda birgə məsuliyyətimizi daha nəzərə almaya bilmərik. Forum ümumbəşəri əsasları tapmaq, praktik və səmərəli həlləri, qlobal tərəfdaşlığı müəyyənləşdirmək üçün unikal imkan yaradacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.