"Azərbaycanda beynəlxalq yarışlar mükəmməl təşkil olunur"

Day.Az представляет новость на азербайджанском языке

Yarışın təşkilatçılıq səviyyəsindən çox razıyıq, Bakı Atıcılıq Mərkəzində idmançılar üçün hər cür şərait yaradılıb, hər şey mükəmməldir.

Day.Az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən Atıcılıq üzrə Avropa çempionatında qızıl medal qazanan ukraynalı atıcı Pasternak Volodimir deyib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq yarışları çox yüksək səviyyədə təşkil edir: "Artıq ikinci dəfədir ki, Azərbaycanda keçirilən beynəlxalq yarışlarda iştirak edirəm, bundan əvvəl Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunda iştirak etmişəm. Hər iki yarış mükəmməl təşkil olunub".

 

Ukraynalı idmançı Azərbaycanı çox bəyəndiyini qeyd edib: "Azərbaycan xoşuma gəlir, gözəl təbiəti, mehriban insanları var. Bakı isə çox gözəl və səliqəli şəhərdir, ancaq bir az küləkli şəhərdir, Yəqin ki, buna da öyrəşmək olar. Hər şeyə görə Azərbaycana təşəkkür edirik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.