“Qara dul”un gözəl aktrisasına

Day.Az представляет новость на азербайджанском языке

ABŞ aktrisası Skarlet Yohansson sonuncu "Black Widow" ("Qara dul") filmi üçün istehsalçı şirkətlər - Marvel və Uolt Disney ilə 25 milyon dollarlıq müqavilə bağlayacaq.

Day.Az teleqraf.com-a istinadən bildirir ki, 2020-ci ildə ekrana çıxacağı gözlənilən filmə baxış yüksək olarsa, Danimarka əsilli Skarlet əlavə 6 milyon dollar alacaq.

33 yaşlı aktrisa bu qazancla Cennifer Lourens və Emma Stounu qabaqlayaraq "Hollivudun ən çox qazanan aktrisası" kimi tarixə düşəcək.

Bir filmdən 31 milyon dollar qazanc yüksək məbləğdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.