Gülyaz Məmmədova: "Teymur, sənə ayrı gözlə baxa bilmirəm"

Day.Az представляет новость на азербайджанском языке.

Ötən gün telekanallardan birində yayımlanan proqramda qonaq olan müğənni Teymur Əmrah illər öncə Gülyaz Məmmədovaya olan sevgisi haqda danışıb. Bu haqda qarşı tərəfin də fikirlərini öyrənmək üçün Xalq artisti Gülyaz Məmmədova ilə əlaqə saxladıq

Müğənni "OLAYLAR"a verdiyi açıqlamasında belə deyib: "Biz eyni illərdə universitetdə təhsil almışıq. Hər zaman sənət dostu olmuşuq. Amma mən bilməmişəm ki, Teymur məni sevir. Onun sənətinə də, sevgisinə də hörmətim var. O, mənə bu haqda deyəndə mən razı olmamağımın səbəbini izah etdim. Övladım olsa da onda da Teymurla ailə həyatı qurmaq gec deyildi. Teymur da övladımın olduğunu bilirdi. Sadəcə mən yenidən ailə həyatı qurmaq istəmədiyimi dedim".
 

-Bəs, yenidən Teymur Əmrah sizə evlənmək təklif etsə nə cavab verərsiniz?

-Bu yaxınlarda yenə zarafatla mənə "ölməyəsən, bəyənmədin məni" deyəndə "Ay Teymur qardaşımsan axı, sənə ayrı gözlə baxa bilmirəm" dedim. Teymur gözəl qızla ailə həyatı qurub övlad sahibi olmalıdır. Bu onun ən böyük arzusudur. O, çox dərin düşüncəli insandır".

Müğənni növbəti dəfə ailə həyatı qurarsınızmı sualına isə belə cavab verib: "Onu həyat və zaman göstərir. Arzular bitmir. Mənim üçün əsas olan can sağlığı, övladımın xoşbəxtliyi, ailə problemlərimin olmaması, səsimin həmişə qaydasında olmasıdır. Mənim həyatım budur. Allah nə cür buyursa, o cür də olacaq. Teymur hələ indi böyük sənətkardır. Gələcəkdə də yaddaşlardan silinməyəcəyinə inanıram. Onun danışıq mədəniyyəti, sənətkarlığı, o cümlədən də oxu tərzini çox bəyənirəm. Tez-tez bizə gəlib-gedir. Anam, Gülyanaq da onu çox sevir. Bir də görürsən ki, zəng edib deyir ki, "Gülüm, çay içməyə gəlirəm". Mən də evim-eşiyim sənə qurbandır deyib, böyük məmuniyyətlə onu dəvət edirəm. Onunla çox səmimi və mehribanıq. Demək olar ki, bir ailəyik.

/Olaylar.az/