Aygün Kazımova onun üçün təcili Bakıya qayıtdı - FOTO - VİDEO

30 марта 2015 16:48 комментариев
Day.Az представляет новость на азербайджанском языке:

Milli.Az xəbər verir ki, 28 mart tarixində bir çox sevilən mahnıların müəllifi, şair və bəstəkar Tural Bayraməliyev ən yaxın dostlarının əhatəsində növbəti doğum gününü qeyd edib.

Səbəbkarın mətbuat xidmətinin yaydığı məlumata görə, bu xoş günə Bayraməliyevin indiyə qədər müəllifi olduğu mahnıların ifaçıları - xalq artisti, Aygün Kazımova, əməkdar artist Almaz Ələsgərova, estrada ulduzları - Nadir Qafarzadə, Günay İbrahimli, Sevinc-Sevil bacıları, Elçin Cəfərov, Abdul Xalid, Niyam Salami, Yaşar Yusub, rejissor Aqil M.Quliyev, prodüser Toma Hüseynəliyeva, teleaparıcılar - Zaur Nəbioğlu, Cavid Gül və başqaları təşrif buyurublar.

Məşhurların iştirakı ilə yaddaqalan dost məclisinə aparıcılıq etməyi maqazin jurnalisti və PR menecer Şahin Cavadsoy öz üzərinə götürüb. Maraqlısı ondadır ki, bu qonaqlar həm də Tural Bayraməliyevin "Unutmuşam" adlı yeni bir bəstəsinin ilk dinləyiciləri olublar. Xalq artisti Aygün Kazımova ilə iddialı ifaçı Elçin Cəfərovun duet oxuduqları mahnı ayrılıq acısının yaşandığı sevgi tarixçəsindən bəhs edir.

Təqdimat mərasiminə özəl olaraq İstanbuldan təşrif buyuran Aygün xanım qonaqlar qarşısında çıxış edərək Tural Bayraməliyev yaradıcılığı barəsində bunları dedi:

"İlk əvvəl onu vurğulayım bu duet "Azərbaycan bayrağı" layihəsindən sonra dəyərli söz yazarı və çox istedadlı bəstəkar Tural Bayraməliyevlə bizim ikinci işbirliyimizdir. "Unutmuşam" mahnısını məhz Elçin Cəfərovla birgə oxumağımızın təşəbbüskarı sevimli radio-dj dostumuz Kazım Sübhan bəstəni mənə dinlədəndə qəti şəkildə etiraz etmişdim ki, mən həddindən-ziyadə insanı yandıran, acı sevgini sərgiləyən musiqini ifa edə bilmərəm. Məni fikrimdən döndərən əsas hadisə Kazımla Elçinin İstanbulda olduğum zaman Türkiyəyə gəlişləri oldu. Onlar mənə sürpriz etdilər. Biz mahnının yüksək səviyyədə ərsəyə gəlməsi üçün qardaş ölkənin "Maestro müzik" şirkəti ilə əməkdaşlıq etməyə qərar verdik. "Unutmuşam" bütünlüklə türk musiqiçilərinin zəhməti hesabına hazırlandı. Maraqlı bir nüansı xatırladım, sən demə, biz Elçinlə səsyazma studiyasında mahnını lentə aldırdığımız an türkiyəli həmkarımız Kutsi də orda olub. O, səsimizin yazıldığından sonra təəccüb və heyrət içində yaxınlaşıb, sözün yaxşı mənasında, şaşqın olduğunu dilə gətirdi. Səs rejissoru, eləcə də, studiyada olan hər kəs bizə sual verirdi ki, bu peşəkarlığın sirri nədir ki, ifamızı bir nəfəsə tamamladıq. Mən fəxrlə Elçinin çox istedadlı müğənni olduğunu və məmləkətimizdə kifayət qədər sevildiyindən danışdım. Əslində, bu yaradıcı işimiz 2015-ci ilin ilk həftələrində dinləyicilərə təqdim olunmalı idi. Daha dəqiqi, 26 yanvar, mənim doğum günümdə. Elçin Cəfərovla İlkin Həsəninin birlikdə etdikləri aranjman bir az vaxt apardığından Tural Bayraməliyevin PR meneceri Kazım təklif etdi ki, təqdimatı mart ayında, onun ad günündə edək. Cəmi iki gündür duetimiz YouTube da yayımlansa da, yetərincə dinləyici marağına səbəb olub. Demək, çəktiyimiz zəhmət boşuna getmədi. Onu da vurğulayım ki, bu, Elçinlə ilk duetimiz olsa da, yaradıcı işbirliyimizin davamı var. Sürprizlərə hazır olun".

Divanın ətraflı açıqlamasından sonra Elçin Cəfərov da real hitə namizəd olan duetlərindən böyük həvəslə danışdı:

"Aygün Kazımova ilə duet oxumağın özü bir nailiyyətdir. Tural Bayraməliyevə, Kazım Sübhana təşəkkür edirəm ki, Aygün xanımın duet ortağı kimi məni seçdilər. Bacardığımdan artıq çalışdım ki, bu duet mükəmməl şəkildə tamamlansın. Allah əziyyətimizi yerdə qoymadı. Duetimiz çox qısa vaxtda gözlədiyimizdən də artıq marağa səbəb oldu. Bütün komandamızı təbrik edirəm".

Məlumat üçün bildirək ki, bu vaxta qədər Tural Bayraməliyevin müəllifi olduğu mahnıları xalq artistləri - Nisə Qasımova, Flora Kərimova, Brilliant Dadaşova, əməkdar artistlər - Aygün Bəylər, Almaz Ələsgərova, Abbas Bağırov, müğənnilər - Nadir Qafarzadə, Günay İbrahimli, Sevinc-Sevil bacıları, Niyam Salami, Yaşar Yusub və başqaları ifa ediblər.

Təqdim olunan "Unutmuşam" mahnısını yayımladığımız videodan dinləyə bilərsiniz.

Böyütmək üçün şəkillərə klikləyin:



Videonu izləmək üçün şəkilə klikləyin:

фото


Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!