https://news.day.az/showbiz/705807.html Tarkandan çox sərt sözlər

Tarkandan çox sərt sözlər

Шоу-бизнес, 12 октября 2015 02:12 (UTC +04:00) 644
Tarkandan çox sərt sözlər

Day.Az представляет новость на азербайджанском языке

Məşhur pop ulduzu Tarkan Türkiyənin paytaxtı Ankara şəhərindəki dəmiryol stansiyasında meydana gələn terror hadisəsini lənətləyib.

Ölkə.Az xəbər verir ki, Tarkan sosial şəbəkədəki hesabından məyusluğunu bu sözlərlə ifadə edib:

"Məyusam, özümə hələ də gələ bilməmişəm. Daxilimdəki yanğını söndürə, acımı dindirə bilmirəm. Ankaradakı terror hadisəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına baş sağlığı verir, yaralılara şəfa diləyirəm".

Həmçinin məşhur sənətçi siyasi partiya liderlərinə də çağırış edib:

"Siyasi partiya liderləri şəxsi mənfəətlərini bir kənara qoymalı və təcili görüşməlidirlər. Parça-parça etdikləri, qütbləşdirdikləri bu gözəl ölkənin insanlarına "bir" olduğumuzu xatırladaraq nümunə təşkil etməlidirlər. Türkiyəni bu qaranlık günlərindən qurtarmaq üçün nə lazımdırsa etməlidirlər. Çünki, bu gedişata dayanacaq gücümüz, səbrimiz və hövsələmiz artıq qalmayıb".

Qeyd edək ki, iki gün öncə Ankarada törədilmiş terror hadisəsi zamanı yüzdən çox adam ölüb, üç yüzə yaxın yaralı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости